“Twitter”in banisi koronavirusla mübarizəyə qoşuldu

“Twitter”in banisi koronavirusla mübarizəyə qoşuldu
03:47 8 Aprel 2020
99 Digər
Ölkə mətbuatı
A- A+

“Twitter”in banisi Cek Dorsi COVID-19-la mübarizəyə 1 milyard ABŞ dolları ianə edib.
“Report” xəbər verir ki, bu barədə o özü sosial şəbəkədəki səhifəsində yazıb.
"Mən COVID-19-a qarşı qlobal yardımı maliyyələşdirmək üçün “Square” şirkətinin səhmlərinə - “Start Small” fonduna sərvətimin təxminən 28%-ini - 1 milyard dollar (ABŞ dolları) - yönləndirirəm”, - Dorsi yazıb.
Onun sözlərinə görə, nə vaxt ki, pandemiya bitəcək, fond diqqəti sağlamlığa və qızların təhsilinə yönəldəcək.
Qeyd edək ki, Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində yeni pnevmaniyanın yayılması barədə məlumatlandırıb. ÜST martın 11-də koronavirusu pandemiya elan edib.
Son məlumatlara görə, dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb. COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/twitter-in-banisi-koronavirusla-mubarizeye-qosuldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR