ABŞ-ın müdafiə naziri HDQ-yə yeni rəhbər təyin edib

ABŞ-ın müdafiə naziri HDQ-yə yeni rəhbər təyin edib
08:32 8 Aprel 2020
112 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqon rəhbəri Mark Esper ABŞ Hərbi Dəniz Qüvvələri naziri Tomas Modlinin istefasını qəbul edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə müdafiə naziri M.Esper öz "Twitter" səhifəsində yazıb.

M.Esper bildirib: "Bu gün səhər mən nazir Modlinin istefasını qəbul etdim. Prezidentin razılığı ilə mən quru qoşunları nazirinin hazırkı müavini Ceyms Makfersonu Hərbi Dəniz Qüvvələri nazirinin vəzifələrinin icraçısı təyin edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR