“Messi La Liqadan getsə, dünyanın sonu olmayacaq”

“Messi La Liqadan getsə, dünyanın sonu olmayacaq”
09:47 8 Aprel 2020
222 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Barselona"nın ulduz futbolçusu Lionel Messinin İtaliyanın "İnter" klubuna keçəcəyi barədə iddialara münasibət bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, La Liqa rəhbəri bunları söyləyib:

"Düşünmürəm ki, Messi getsə, A Seriyasının bütün problemləri həll ediləcək. İtaliya futbolundakı durum streslidi. Bu iqtisadi problemlər Messi ilə qətiyyən düzəlməyəcək. Messinin İspaniyada qalmasını çox istərdim. Ancaq getsə belə, dünyanın sonu olmayacaq. Kristianu Ronaldusuz La Liqanın pullar itirəcəyini mən də demişdim. Amma hər şey tərsinə oldu, əksinə, La Liqa daha çox qazanmağa başladı. Hətta Portuqaliyadakı teleyayım gəlirlərimiz də artdı. Böyük futbolçular bu mənada kömək edirlər, ancaq bir çempionat üçün həlledici olduqlarını demək olmaz".

Qeyd edək ki, "İnter"in sabiq prezidenti Massimo Moratti yerli mətbuata açıqlamasında İtaliya klubunun Messini heyətinə qatmağa çalışdığını bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/840004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR