Bakıda aptekdən oğurluq edən şəxs tutuldu

Bakıda aptekdən oğurluq edilib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, soyğunçuluq etdiyinə görə tutulmuş V.Hüseynovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 14-də rayon ərazisindəki apteklərin birindən 862 manat oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR