Navalnıya qarşı yeni iş

Navalnıya qarşı yeni iş
20:37 17 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada bu yaxınlarda qardaşı həbsə salınan, özü isə ev dustağı edilən müxalifət lideri Alexeİ Navalnıya qarşı daha bir iş başlandı.
 
Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, onun başçılıq etdiyi Korrupsiyaya qarşı Mübarizə Fondunda yanvarın 16-da bütün günü axtarış aparılıb.
 
Hüquq-mühafizə orqanlarının 30-a yaxın əməkdaşı fondun sənədlərini və qismən avadanlığını müsadirə ediblər.
 
Federal İstintaq Komitəsi bildirib ki, axtarış Fonda iyanə kimi verilən pullarla bağlı mümkün dələduzluq halları haqda məlumatın yoxlanması üçündür.
 
Cinayət işinin başlanması da istisna edilmir.
 
Navalnının özü yanvarın 16-da məcburən Federal İstintaq İdarəsinin Moskvadakı binasına gətirilib.
 
Amma o, müstəntiqlərin suallarını cavablandırmaqdan imtina edib.
 
Korrupsiyaya qarşı Mübarizə Fondunda axtarış barədə ilk məlumatı fondun rəhbərlərindən olan Roman Rubanov Tvitterdə yayıb. 
 
Fonddan bildiriblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı qanunları pozublar. Adlarını deməyiblər.
 
Fond əməkdaşlarının vəkillə əlaqə saxlayıb hüquqi yardım almalarına imkan verməyiblər.
 
Əməkdaşlar hüquqlarının pozulduğunu deyəndə isə həbslə hədələniblər.
 
4 nəfər iiçəridə çəkiliş aparıb və özlərini təqdim etmək istəməyiblər.
 
"İnterfaks" agentliyi isə xəbər verir ki, istintaqın əldə etdiyi məlumata görə, 2013-cü ildə Fonda 16 min mənbədən 24 milyon rubl iyanə daxil olub.
 
İstintaq iddia edir ki, bu pulun çox hissəsi - 60 faizi Fondun əsas məqsədi - korrupsiyaya qarşı mübarizəsi üçün xərclənmək əvəzinə Fond işçilərinə əmək haqqı kimi ödənib.
 
Axtarış Dövlət Dumasının deputatı Mikhail Degtyarov-un müraciəti əsasında aparılır.
 
Məlumata görə, o, Fondun fəaliyyətinin yoxlanması üçün ötən ilin dekabrında hüquq-mühafizə orqanlarına müraciət edib.
 
Navalnı ona qarşı ittihamları siyasi motivli sayır və korrupsioner məmuları ifşa etdiyi üçün hökumətin ondan qisas aldığını deyir.
 
Milli.Az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR