Karantində depressiyaya düşən yeniyetmə özünü öldürdü - FOTO

Karantində depressiyaya düşən yeniyetmə özünü öldürdü - FOTO
13:05 8 Aprel 2020
268 Dünya
Ölkə mətbuatı
A- A+

Karantində depressiyaya düşən yeniyetmə canına qəsd edib.

Milli.Az bildirir ki, bu barədə məlumatı Britaniyanın "Miror" nəşri yayıb. Bu Britaniyada koronavirusa görə qeydə alınan ikinci intihar hadisəsidir.

Kikboksla məşğul olan 15 yaşlı Kian Southway intihar edib. Uelsdəki evində özünü öldürən yeniyetmənin karantin müddətində depressiyaya düşdüyünə görə özünü öldürdüyü iddia olunur.

Wales Online yazır ki, oğlanın valideynlərinin dediyinə görə, Kian sosial izolyasiya tədbirlərinə görə depressiyaya düşdüyü üçün özünə qəsd edib. Valideynləri bildirib ki, o, karantin elan olunduqdan sonra əhvalı dəyişib, özünə qapanmağa başlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hazırda bir çox ölkələr kimi, Britaniyada da koronavirusla əlaqədar olaraq sosial izolyasiya tədbirləri həyata keçirilir.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/840046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR