190 manatı almaq üçün QAYDALAR DƏYİŞDİ: bunları edin və... - ŞƏKİLLİ TƏLİMAT

190 manatı almaq üçün QAYDALAR DƏYİŞDİ: bunları edin və... - ŞƏKİLLİ TƏLİMAT
16:03 8 Aprel 2020
383 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

ƏƏSMN-in istifadəyə verdiyi e-sosial.az saytında daha əvvəl tətbiq edilən qeydiyyat üsulu dəyişdirilib.

Məlumat üçün bildiririk ki, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.

Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az (e-sosial.az/#) portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan "online müracət" bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, "İstiqamət" bölməsində "məşğulluq sahəsində göstərilən xidmətlər", "Xidmət növü" bölməsində isə "vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması" bölmələrini seçməklə həyata keçirilir.

Həmin təlimatlar aşağıda göstərilən ardıcıllıqla aparılmalıdır.

Açılan pəncərədə FİN kod yazılırŞəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi daxil edilir ("AZE" və ya "AA" hissəsinin yazılması vacibdir!)Daha sonra "YOXLA" düyməsi basılır. (ŞƏKİL 1)

ŞƏKİL 1

Bundan sonra "ad", "soyad" və "ata adı" üçün tərtib edilən xanalar sistem tərəfindən doldurulur. Yəni bu xanalar vətəndaş tərəfindən yazılaraq DOLDURULMUR! (ŞƏKİL 2)

ŞƏKİL 2

Daha sonra müvafiq olaraq yaşadığınız şəhəri, faktiki yaşadığınız ünvanı, e-mailinizi və telefon nömrənizi yazmalısınız.(ŞƏKİL 3)

ŞƏKİL 3

Daha sonra "İstiqamət" bölməsində "məşğulluq sahəsində göstərilən xidmətlər" xanasını seçməlisiniz (ŞƏKİL 4 və ŞƏKİL 5)

ŞƏKİL 4

ŞƏKİL 5

Bundan sonrakı mərkələdəd "Xidmət növü" bölməsində isə "vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması" bölmələrini seçilməlidir. (ŞƏKİL 6 və ŞƏKİL 7)

ŞƏKİL 6

ŞƏKİL 7

Bu mərhələləri uğurla tamamladıqdan sonra "Müraciətin növü" bölməsindən "Ərizə" xanası sekilməlidir. (ŞƏKİL 8)

ŞƏKİL 8

Daha sonra təhlükəsizlik mərhələsini keçmək üçün SƏKİL 9-da göstərilənlərə əməl etməlisiniz.

ŞƏKİL 9

Yuxarıda qeyd olunan mərhələləri uğurla tamamladıqdan sonra "GÖNDƏR" düyməsinə basmaqla müraciətinizi ƏƏSMN-ın bazasına yollamış olacaqsınız.

(7news.az)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/310136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR