Azərbaycanda koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ: Say artsa, biz bununla bacara bilməyəcəyik

Azərbaycanda koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ: Say artsa, biz bununla bacara bilməyəcəyik
17:38 8 Aprel 2020
234 Ölkə
Ölkə mətbuatı
A- A+

Yoluxma hallarının artma sayının əsas səbəbi ötən həftələrdə vətəndaşların qaydalara əməl etməməsidir. Vəziyyətin ciddiliyini anlamayıb karantin rejimini pozan vətəndaşların sayı çoxdur. Təmas çox olduqca, yoluxma artır.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib: "Biz müşahidələri davam etdirəcəyik. Əgər vətəndaşlar karantin rejiminə əməl etməsələr, biz daha sərt tədbirlərin görülməsi üçün Operativ Qərargaha müraciət edəcəyik. Çünki biz öz resurlarımızı səfərbər etmişik. 22 tibb müəssisəsi ayrılıb. Reanimatoloqlar, epidemioloqlar, yoluxucu xəstəliklər üzrə mütəxəssislər işə cəlb olunub. Süni tənəffüs cihazları və resurslar analiz edilib. Bakıda xüsusi təlimçi quruplar hazılanıb. Xəstəliyin qarşısının alınması çox mühimdir. Qaydalara əməl etməsək, süni tənəffüs aparatına keçən xəstələrin sayı artacaq və biz bununla bacara bilməyəcəyik. Süni tənəffüs aparatına bağlanan xəstələri xilas edə bilmirik".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/310153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR