Hazırda Azərbaycanda koronavirusa yoluxan xəstələrin ümumi sayı 822 nəfərdir -

"Bütün regionlarda sərhəd-keçid məntəqələrində yüksək səviyyəli karantin yerləri yaradılıb. Oradakı şərait də qənaətbəxşdir".

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 14-21 günlük karantin müddətində xəstələrin müalicələri üçün hər şey edilir:

"Bəzən karantin rejiminin qaydalarını insanlar düzgün başa düşmür. Ona görə də əhali diqqətli olmalıdır".

TƏBİB sədri bildirib ki, nə qədər çox şəxsə vaxtında dəqiq diaqnoz qoyulsa, onda xəstəliyə yoluxanların sayında azalma əldə etmək mümkün olar:

"Testlərlə bağlı xüsusi logistika proqramı hazırlanıb. Təcili yardım briqadaları daim hazır vəziyyətdə olurlar. Ölkə üzrə 22 tibb müəssisəsi karantin üçün ayrılıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR