"Simurq"da biri sağaldı, biri zədələndi

"Simurq"da biri sağaldı, biri zədələndi
20:42 17 Yanvar 2015
139 İdman
Ölkə mətbuatı
A- A+

"Simurq" bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Fanat.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 13.00-da çalışmalara başlayan Georgi Çixradzenin yetirmələri hazırlığın ilkin mərhələsində fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün bərpasından ibarət tapşırıqları yerinə yetirib. Daha sonra iki qrupa bölünərək taktiki və texniki çalışmalara keçilib.


Səhər hazırlığında "Dyusburq"la oyundan sonra ayağında yüngül ağrılar hiss edən Draqan Çeran komandadan ayrı qaçmaqla məşqi tamamlayıb. Uzun müddətdi zədədən əziyyət çəkən Vüqar Mustafayev artıq tam olaraq zədəsin sağaldaraq çalışmalara qoşulub. Yüksək temperatur səbəbindən ikinci yoxlama matçında meydana çıxa bilməyən İlkin Qırtımovda məşqləri qoşulub. 


Fanat.az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR