Bu da yeni Ford GT - VİDEO - FOTO

Bu da yeni Ford GT - VİDEO - FOTO
20:42 17 Yanvar 2015
141 Digər
Ölkə mətbuatı
A- A+

Ford şirkəti Detroyt avtosalonu çərçivəsində konseptual Ford GT superkarını nümayiş etdirib. Prototip 2003-2006-cı illər ərzində buraxılmış avtomobilin şərəfinə belə adlandırılıb.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, model sadəcə şou-kar deyildir və seriya istehsalı 2016-cı ilin sonunda başlanacaq analoji seriya avtomobilinin müjdəçisidir. Yeni Ford GT dizaynı “ultra məhsuldar superkara” qarşı yönəldilən müasir tələblərə uyğunlaşdırılsa da o xaricdən öz sələfini xatırladır. Bundan başqa, Ford mühəndisləri superkarın aerodinamik göstəricilərinin yaxşılaşması üçün onun xarici görünüşünə də əl gəzdirib. Yüngül lehimdən hazırlanmış 20 düymlük disklərə xüsusi hazırlanmış Michelin Pilot Super Sport Cup 2 idman diskləri geyindirilib.
 
Orta mühərrikli superkarın güc qurğusu 608 at güclü V6 EcoBoost benzin tvin-turbo mühərrikdən və ikiqat muftalı yeddipilləli avtomat ötürücü qutudan ibarətdir.
 
Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR