Mourinyo səhvini etiraf etdi

Mourinyo səhvini etiraf etdi
06:53 9 Aprel 2020
200 İdman
Ölkə mətbuatı
A- A+

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo parkda qrup halında məşq keçməklə səhv etdiyini etiraf edib.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bununla bağlı deyib:

"Hərəkətlərimin dövlət protokoluna uyğun olmadığını qəbul edirəm. Təkcə ailəmizlə təmasda olmalıyıq. Hər kəs hökumətin tövsiyələrinə əməl etməlidir.Səhiyyədə çalışan qəhrəmanlarımızı dəstəkləməli və hamımız həyat xilas etmək üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik".

Xatırladaq , Mourinyo London parklarının birində futbolçular Tanqay N’Dombele, Rayan Sesenyon və Davinson məşq edərkən görüntülənmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/310195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR