Facebook-da keyfiyyətli CANLI YAYIM etmək üçün ən yaxşı 5 platforma – SİYAHI

Facebook-da keyfiyyətli CANLI YAYIM etmək üçün ən yaxşı 5 platforma – SİYAHI
07:05 9 Aprel 2020
171 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, koronavirus pandemiyasından dolayı dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda karantin elan edilib. Bir çox qurum, özəl şirkət və dövlət müəssisəsi onlayn rejimdə fəaliyyət göstərir. Bundan başqa, karantin günlərini səmərəli və əyləncəli keçirmək üçün sosial şəbəkələrə üz tutanlar da var.

Milli.Az ted.az-a istinadən bütün bunları nəzərə alaraq Feysbukda keyfiyyətli canlı yayım üçün sosial media üzrə mütəxəssis Orxan Rzanın məsləhət gördüyü 5 platformanı təqdim edir:

"Evdə oturduğumuz bu dövrdə sosial mediada ciddi canlanma yaşanmaqdadır. Artıq (mən də daxil olmaqla) bir çox sosial media istifadəçisi canlı yayım təşkil edərək öz işləri, maraqları ilə bağlı və ya sadəcə əyləncə üçün izləyiciləri, dostları ilə onlayn müzakirələr edirlər.

Əksər sosial şəbəkələr canlı yayım etmək üçün istifadəçilərinə imkanlar təqdim edir. Amma bu, məhdud imkanlarla olur. Məsələn, Feysbuk və ya Youtube-da canlı yayım qoşub izləyicilərlə danışmaq olur. Siz canlı yayımda olduğunuz vaxt, ekrana hansısa sözü, cümləni çıxarmaq, ekranda loqonuzu, hansısa şəkli, videonu göstərmək və s. kimi müxtəlif fəaliyyətləri tətbiq etmək mümkün olmur.

Bunları etmək üçün müxtəlif platformalar mövcuddur. Bu platformalar sizə yayımı maksimum maraqlı etmək və sanki TV-də veriliş aparırsınızmış kimi, hiss etdirmək imkanı verir. Canlı yayım zamanı müxtəlif fərqli addımlar ata bilirsiniz, bu da canlı yayımı daha peşəkar göstərir.

Belə platformalar saysızdır, onlardan bəziləri daha populyardır, həmçinin, məşhur sosial şəbəkələr tərəfindən rəsmi olaraq partnyor kimi tanınır.

Bu yazıda sizə özüm istifadə etdiyim və faydalı olduğunu düşündüyüm platformaları sizinlə bölüşmək istəyirəm.

OBS Studio* (Open Broadcaster Software). OBS Studio tam pulsuz xidmət və bir çox maraqlı funksionallıq təklif edən platformadır. Platformanın yüklənməsi və istifadəsi siyahıdakı digər platformalarla müqayisədə istifadəçilərə daha çətin görünə bilər. Amma qeyd etdiyim kimi, çox geniş imkanları var və bununla biz maraqlı canlı yaymlar edə bilirik. Feysbukda bu platforma (və ya digər istənilən ) vasitəsilə canlı yayım etmək üçün bu linkə keçid etməlisiniz. Bu səhifədə siz şəxsi profilinizdə, səhifədə və ya qrupda canlı yayım etmək istədiyini seçə bilirsiniz, orada mövcud olan Stream Key kodunu götürüb istifadə etdiyiniz platformanın müvafiq hissəsinə əlavə etməlisiniz. Daha sonra platormada sizə verilən imkanlardan istifadə edib yayıma foto, video, loqo əlavə edə, yayım zamanı istənilən dəyişikliklər edə bilirsiniz. Beləliklə televiziya verilişi kimi effekt almaq olur.

Qeyd edim ki, OBS Studio vasitəsilə təkcə Feysbukda deyil, Youtube, Twitter, Twitch daxil olmaqla ümumilikdə 50-dən çox sosial media və livestreaming platformalarına qoşulmaq mümkündür.

Streamlabs OBS*. Feysbuk şirkəti bu platformanı niyə ayrıca qeyd edib, bilmirəm. Bu, OBS Studio-nun platformasıdır, sadəcə olaraq daha modern dizaynı və daha çox imkanlar yaradan pullu xidməti var. Prime adlı bu xidmət üçün aylıq 19 dollar ödəməlisiniz.

BeLive.tv*. Daha rahat və sürətli şəkildə canlı yayım etmək imkanı verir. Həmçinin OBS Studio-dan fərqli olaraq BeLive sizə bir və ya neçə şəxsi canlı yayıma qoşmaq imkanı verir ki, bu da daha maraqlı canlı yayım etmək imkanı yaradır. Platformanın pulsuz versiyası da var, bütün funksiyalardan istifadə etmək üçün aylıq 30 dollar ödəmək lazımdır.

StreamYard Stream Yard. Rahat istifadə oluna bilən platformadır. BeLive-da olan imkanlardan əlavə videoya yazılan şərhləri eyni vaxtda ekrana çıxarma funksiyası var. Bu da canlı yayımı daha dinamik keçirməyə imkan verir. Stream Yard-ın ödənişli xidmətindən istifadə etmək üçün aylıq 25 dollar ödəməlisiniz.

Stageten.tv*. Feysbuk tərəfindən tövsiyə edilən, modern dizaynı və rahat istifadə imkanı olan platformadır. Ödənişli versiyası üçün aylıq 19 dollar lazım gəlir. Qarşısında ulduz olan platformaları Feysbuk rəsmi partnyor olaraq qəbul edir.  İlk istifadə zamanı müəyyən çətinlik yaşaya bilərsiniz. Önəmli olan birinci dəfə platformanı öz Feysbuk profilinizə (səhifənizə) bağlamaq və tənzimləmələri düzəltməkdir. Növbəti canlı yayımlarda bir neçə kliklə siz avtomatik canlı yayıma qoşula biləcəksiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR