“Apple” 20 milyondan çox tibbi maska və qoruyucu ekran istehsal edib

“Apple” 20 milyondan çox tibbi maska və qoruyucu ekran istehsal edib
08:57 9 Aprel 2020
146 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Apple" şirkəti koronavirusun yayılması ilə mübarizə aparmaq məqsədilə 20 milyondan çox tibbi maska və qoruyucu ekran hazırlayıb. Bu barədə şirkətin baş direktoru Tim Kuk məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "tədarük edə biləcəyimiz tibbi maskaların sayı 20 milyonu ötüb. Bu, həqiqətən qlobal bir təşəbbüsdür və biz, bu tibbi maskaların ona ən çox ehtiyacı olan şəxslərə verilməsi üçün icra hakimiyyəti ilə sıx işləməyə davam edəcəyik" - Tim Kuk "Twitter" bloqunda yazıb.

"Apple"ın direktoru qeyd edib ki, şirkət bu həftədən başlayaraq həftəlik 1 milyon tibbi maska və qoruyucu ekran tədarükünü planlaşdırır. Artıq ABŞ ərazisində bu proses həyata keçirilir və şirkət yaxın vaxtlarda ölkə hüdudlarından kənara da tədarük etməyi planlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR