Koronavirus səbəbindən Tel-Əviv parklarına çaqqallar doluşdu

Koronavirus səbəbindən Tel-Əviv parklarına çaqqallar doluşdu
09:57 9 Aprel 2020
84 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail vətəndaşları koronavirus səbəbindən təcriddə qaldığı zaman paytaxt Tel-Əvivdə yerləşən parklarda vəhşi heyvanlar peyda olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli fotoqraflar şəhərin əsas parkında bir sürü çaqqalı lentə almağa nail olub.

Ehtimala görə, insanların azalmasından istifadə edən heyvanlar qida axtarışında şəhərin mərkəzinə gəliblər.

Qeyd etmək lazımdır ki, koronavirus səbəbindən dünyanın bir çox yerində təbiət özünü bərpa etməyə başlayıb.

Bir çox şəhərlərdə vəhşi heyvanlar mərkəzi küçələrdə təsbit edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/840345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR