Amerika İranı bu ağır günlərdə terrorçuları yetişdirməkdə günahlandırdı

Amerika İran İslam respubliksaının dünya ətrafındakı terrorçu qrupları dəstəkləməsinin qarşısını həmişə alacaq.

Metbuat.az xəbər verir ki, Birləşmiş Ştatların dövlət katibi, Mayk Pompeo jirnalistlərə açıqlamasında bildirib ki, İran rejimi bu ağır günlərdə də xalqın boğazından kəsərək, terrorçuları yetişdirməklə məşğuldur.

“Bəli bizim İranla problemimiz var idi. Əvvəlki hakimiyyətimiz İrana çoxlu pul verirdi. Tramp administarsiyasının ən böyük uğuru isə İranın maliyyə qaynaqlarını kəsmək oldu. Bu səbəblə indi İran terror hərəkətlərini əvvəliki kimi işlədə bilmir.Sizin dediyiniz kimi, Lübnandakı durum da Suriyadakı durumla eynidir. Mən deyə bilərəm ki, Hizbullah terror təşkilatının pulu indi daha azdır. Tramp hakimiyyətə gələndən onlar da pullarını itirdilər. Onların maliyyəsi getdikcə azalacaq. Cünki İran rejimi bu modelini dəyişdirməlidir. İran bizim onlara verdiyimim ehtiyyatlardan İran xalqının rifahı üçün istifadə etməlidir, terror qruplaşmaları üçün işlətməməlidirlər. “

İraqdakı durumu təhlil edərkən nazir dedi ki, Ağ evlə İraq rəsmiləri arasında dialoq iyun ayında başlayacaq. Pompeo, İraq parlamentinin Amerika qüvvələrinin bu ölkədən çəkilməsi üşün səs verməsinin ardından nələrin olacağı ilə bağlı suala belə cavab verdi. Hər şey İraq rəsmiləri ilə danışdıqdan sonra bilinəcək.Xatırladaq ki, Prezident Trump 5 bin 200 amerikalı əsgərin İraqdan çıxarılmasına razı olmamışdı.Pompeo, Iraqın indi Iqtisadi çöküşlə üz -üzə olduğunu söylədi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR