Türkiyədən Yunanıstan və Bolqarıstana 150 min miqrant keçdi

Türkiyədən Yunanıstan və Bolqarıstana keçən miqrantların sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar “TRT Haber”ə müsahibəsində bildirib ki, fevralın 28-dən indiyə kimi 148 763 miqrant Yunanıstan və Bolqarıstan keçib.

O həmçinin deyib ki, yanvarın 1-dən bu günə kimi hərəkat bölgələrində 903 terrorçu zərərsizləşdirilib.

Nazirin sözlərinə görə, bundan başqa, yanvarın 1-dən bu günə qədər 59 quru, 90 hava əməliyyatı həyata keçirilib ki, nəticədə 200 terrorçu zərərsizləşdirilib.H. Akar Suriyanın şimalında, İdlib vilayətində gərginliyin azaldığını vurğulayıb.O qeyd edib ki, aprelin 15-də NATO Müdafiə nazirlərinin videokonfrans vasitəsilə iclası keçiriləcək. Nazir koronavirusla mübarizə çərçivəsində orduda müvafiq addımların atıldığını da vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR