Tbilisidəki 9 aprel hadisələrinin 31-ci ildönümü tamam olur

Tbilisidəki 9 aprel hadisələrinin 31-ci ildönümü tamam olur
10:32 9 Aprel 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisidə 1989-cu ilin aprelin 9-da törədilən qanlı hadisələrin 31-ci ildönümü tamam olur.
“Report”un yerli bürosu xəbər verir ki, həmin gün sovet qoşunları Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası qarşısında dövlət müstəqilliyinin tələbi ilə keçirilən dinc aksiyanı amansızcasına dağıdıblar.
Nəticədə əksəriyyəti qadın olmaqla 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Faciədən iki il sonra 1991-ci ilin aprelin 9-da Gürcüstanın Ali Şurası dövlət müstəqilliyinin bərpasını elan edib. 9 aprel Gürcüstan tarixinə faciəvi günlə yanaşı, eyni zamanda dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub.


Xəbərin orijinal ünvanı: https://report.az/region/tbilisideki-9-aprel-hadiselerinin-31-ci-ildonumu-tamam-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR