"Azərişıq"dan əhaliyə vacib məlumat -

"Azərişıq" ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək.

Metbuat.az xəbər verir ki, bunu ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, istehlakçılar elektrik enerjisi borcunu "Azərişıq"ın mobil tətbiqi vasitəsi ilə ödəyə biləcəklər: "Beləliklə, İstehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edəbiləcək, habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar. Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcəkdir. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatlarıinsan faktoru olmadan avtomatik həyata keçirəcəkdir".

O həmçinin əlavə edib ki, istifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcubarədə bildiriş alaraq elektron ödəniş edə bilmək üçün ASC-nin veb-saytında Bildiriş” bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunuzu yazmaq kifayətdir: "Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz. Bundan sonra mobil operatorunuzu, mobil nömrənizi və elektron poçt ünvanınızı daxil edərək "Yadda saxla" düyməsini seçib elektron bildiriş profilinizi yaratmış olursunuz. "Elektron bildiriş al" düyməsini seçərək, "Azərişıq"dan enerji borcunuz barədə bildiriş alaraq, enerjiborcunuzu ASC-nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcəkdir. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz".

Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR