''Bir nəfərin gəliri ilə də, ailə yaşaya bilər'' -

Koronavirusdan əhalinin sosial rifahını təmin etmək üçün Azərbaycanda işsiz vətəndaşlara 190 manat məbləğində birdəfəlik ödənişlərin edilməsi nəzərdə tutulub.

Amma hal-hazırda vətəndaşları bu məsələ ilə bağlı çox sual düşündürür.

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev İTV-də birbaşa sualları cavablandırıb.

Anar Əliyev ailədə bir əmək müqaviləsi olan şəxsin digər üzvünə işsizlik müavinətinin verilməməsi məsələsinə cavab olaraq bildirib ki,bir nəfərin gəliri ilə də ailə yaşaya bilər.

Bəs ailədə 190 manat ilə bütün ailə üzvlərinin yaşaması nə qədər düzgündür?

Nazir müavini bildirib ki, həmin ailələr bizə müraciət edilsin, müxtəlif ərzaq yardımı edilib və iş tapılması baxımından köməklik ediləcək.

"142 çağrı mərkəzinə müraciət etməklə imkansız ailələr müxtəlif ərzaq vasitələri əldə edə bilər.", deyə nazir müavini bildirib.

Həmin müsahibəni təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR