Mərkəzi Bank kredit borclarının dondurulmasını müzakirə edir

Milli Məclisin iclasında xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulması təklif edilib.

Metbuat.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib.

Deputatın çıxışına cavab olaraq isə Mərkəzi Bank sədri Elman Rüstəmov bu məsələnin hazırda müzakirə edildiyini bildirib.

'' Bank kreditləri ilə bağlı hazırda işlər gedir: Yaxın günlərdə bununla bağlı məsələləri açıqlayacağıq”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR