İsrail korona xəstələrini bu üsulla 1 həftəyə sağaltdı

İsrail korona xəstələrini bu üsulla 1 həftəyə sağaltdı
16:48 9 Aprel 2020
324 Dünya
Ölkə mətbuatı
A- A+

İsraildə kök hüceyrə müalicə üsulu tətbiq edilən Kovid-19 xəstələrinin hamısı sağalıb.

Publika.az xəbər verir ki, 6 xəstə bu üsulla müalicə olunub.

Yerli mətbuatda dərc edilən xəbərə görə, “Pluristem” firması 3 müxtəlif səhiyyə ocağında plasentadan götürülən kök hüceyrələri laboratoriya şəraitində xüsusi proseslərdən keçirdikdən sonra ölüm riski yüksək olan 6 xəstəyə köçürüb.

Bir həftəlik müalicədən sonra böyrək və tənəffüs çatışmazlığı olan xəstələr belə sağalıb.

Son rəqəmlərə görə, İsraildə 9 min 755 nəfər koronavirusa yoluxub, 79 nəfər dünyasını dəyişib. 864 nəfər sağalıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/310263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR