“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başlayıb

“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başlayıb
19:37 9 Aprel 2020
Ölkə mətbuatı
A- A+

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşün müzakirə mövzusu neft bazarının sabitləşdirilməsi və qiymətdəki ucuzlaşmanın qarşısının alınması üçün mövcud tədarük həcminin azaldılmasıdır. İclasda qeyri-OPEC ölkələrinin nazirləri iştirak edir və yeni "Əməkdaşlıq Bəyannaməsi" müzakirə olunur.

Qeyd edək ki, görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Xatırladaq ki, "Əməkdaşlıq Bəyannaməsi"nin icrası bu il martın 31-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/840600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR