ABT Sportline RS6-R superuniversalını hazırlayıb - FOTO

ABT Sportline RS6-R superuniversalını hazırlayıb - FOTO
20:32 9 Aprel 2020
182 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ötən payızda Frankfurt avtosalonunda debüt edən yeni Audi RS 6 Avant universalı zavoddan çıxarkən ailənin avtomobilindən daha çox superkara bənzəyir. Yumşaq hibrid qurğu, aktiv arxa diferensial və tam idarə olunan şassi ilə təchiz edilmiş superuniversal 100 km/saat həddini 3,6 saniyəyə toplayır. Bənzər sürətlənməyə, məsələn, Ferrari California T modeli malikdir. Lakin, ABT Sportsline ailə atelyesinin mütəxəssisləri haqlı olaraq mükəmməlliyin son həddinin olmadığına inanırlar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, məhz buna görə, bir neçə gün bundan öncə təqdim Edilmiş RS7-R liftbekindən sonra, ABT Sportsline ona yoldaş olaraq RS6-R universalını təqdim edib. Məlum məsələdir ki, hər iki avtomobil eyni reseptlə hazırlanıblar.

Onsuz da "bərkgedən" olan RS-6 Avant modeli karbondan hazırlanmış kuzov dəsti, orijinal 22 düymlük təkər diskləri, çıxış borularının kompozit ucluqları olan yeni buraxılış sistemi və digər yayları və stabilizatorları olan yenidən işlənmiş asqı sistemi ilə təchiz olunmuşdur. Bundan əlavə, salonda dəri və karbon ilə tərtib edilmiş sükan çarxı da daxil olmaqla, bir çox təkmilləşdirmələr həyata keçirilmişdir. 600 at qüvvəsi və 800 Nm hasil edən mühərrikin gücü 740 at qüvvəsinə, fırlanma anı isə 920 Nm-ə qədər artırılıb. Bunun dinamikaya necə təsir göstərdiyi barədə hələlik heç bir məlumat verilməyib. Unutmayaq ki, bütün opsiyalar ilə təchiz edilmiş Audi RS 6 Avant modeliinin maksimal sürəti 305 km/saatdır.

Seriya Audi RS 6 Avant modelinin sahibi universalını RS6-R modelinə çevirmək istərsə 69,900 avro ödəməli olacaqdır. Eyni məbləğ Audi RS7 Sportback modelini ABT RS7-R modelinə transformasiya etmək üçün gərəkdir. Hazır avtomobil isə 205,900 avroya qiymətləndirilib. Hər iki modelin tirajı 125 nüsxə ilə məhdudlaşır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR