Yaxın zamanda hansı smartfonlar ucuzlaşacaq? - EKSPERT

Yaxın zamanda hansı smartfonlar ucuzlaşacaq? -  EKSPERT
20:42 9 Aprel 2020
194 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ucuzlaşacaq telefonlar əsasən 4G şəbəkəsini dəstəkləyən smartfonlardır.

"Yaxın zamanda 4G şəbəkəsini dəstəkləyən smartfonların qiyməti ucuzlaşacaq".

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu Xiaomi şirkətinin sənaye innovasiya departamenti üzrə əməkdaşı Pan Tsyutan deyib.

Xatırladaq ki, nəhəng texnologiya şirkətlərindən biri Apple şirkətindən də 4G smartfonlarına olan tələbatın aşağı düşməsinə görə, onların qiymətini ucuzlaşdırılacağı qeyd edilib. Misal olaraq, iPhone 11 Pro Max 255 dollara düşüb.

Pan Tsyutan bildirib ki, koronavirus pandemiyasının yayılması və Apple şirkətinə məxsus smartfonlarının aşağı düşməsi Çin bazarına da təsir edəcək: "Çin smartfon bazarında da 4G şəbəkəsini dəstəkləyən smartfonlar ucuzlaşacaq".

Ekspert onu da əlavə edib ki, hazırkı tendensiya 5G şəbəkəsini dəstəkləyən smartfonların populyarlaşmasına gətirib çıxaracaq: "Bundan başqa, Çində 5G şəbəkəsinin inkişafı bu il daha da sürətlənəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR