Zoom bəzi zənglərin Çindən yönləndirildiyini etiraf etdi

Zoom bəzi zənglərin Çindən yönləndirildiyini etiraf etdi
20:52 9 Aprel 2020
221 Maraqlı
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasından sonra çox istifadə edilən Zoom proqramın yüklənməsinin qarşısını almaq məqsədilə bəzi zənginlərin Çindən idarə olunduğu etiraf edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Zoom fevral-mart aylarında Amerika, Avropa və İngiltərənin bir çox şəhərlərində yüz min dəfələrlə yüklənib. Proqramın istifadəçi sayının bu şəkildə artması təhlükəsizliklə bağlı bəzi şübhələri ortaya çıxarıb.

Proqram rəsmiləri istifadəçiləri təhlükəsizlik məsələlərinə inandırmaq məqsədilə bəzi zənglərin Çindəki məlumat mərkəzləri tərəfindən idarə olunduğunu etiraf etməli olublar. Şirkət rəsmiləri videozənglərin ən yaxındakı məlumat mərkəzindən idarə olunduğunu, internet kəsildiyi üçün zəng uğursuz olarsa, başqa bir məlumat mərkəzinin şəbəkəyə qoşulduğunu xatırladıblar.

Prosedur qaydaları normal olsa da, əksər istifadəçilər təhlükəsizlik məsələlərində Çinə çox etibar etmədiklərini bildiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR