“Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır” -

Rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.

“Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Dağlıq Qarabağın statusu siyasi danışıqlar yolu ilə müəyyən edilməlidir və ATƏT-in Minsk qrupu problemin kompleks həlli ilə məşğuldur. Hesab edirik ki, nizamlanma prosesinin gedişi adıçəkilən tədbirdən hər hansı dərəcədə asılı deyil”, - deyə Rusiya XİN rəsmisi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”lə bağlı suala cavabında bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR