Xiaomi, Mi 10 Pro qutusundakı yazısı ilə Huawei şirkətini trolladı

Xiaomi, Mi 10 Pro qutusundakı yazısı ilə Huawei şirkətini trolladı
23:12 9 Aprel 2020
224 Maraqlı
Ölkə mətbuatı
A- A+

Huawei şirkəti öz rəqibləri olan Apple və Samsung-u tez-tez trollamağı sevir. Belə ki, Huawei həmin şirkətlərin cihazlarındakı mənfi özəllikləri qeyd edərək öz smartfonlarındakı üstünlükləri ön plana çəkir. Lakin bu dəfə troll qurbanı məhz Huawei olub. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə Huawei şirkətini Xiaomi trollayıb. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət qlobal bazarda Mi 10 və Mi 10 Pro modellərini təqdim etmişdi.

    Mi 10 Pro-nun Avropa bazarındakı qiyməti Huawei P40 Pro ilə eynidir. Lakin Mi 10 Pro-nun bir üstünlüyü var. Təbii ki, söhbət, Google servislərindən gedir. Biz bilirik ki, ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti öz yeni smartfon modellərinə Google servislərini inteqrasiya edə bilmir. Google servislərinin yerinə Huawei şirkəti AppGallery tətbiqlər mağazasını və Huawei Mobile Services servislərini təqdim edir.

    Xiaomi isə bu məsələdə öz üstünlüyünü diqqətə çatdırmaq üçün Mi 10 Pro modelinin qutusunda "with easy access to the Google apps you use most" (sizin ən çox istifadə etdiyiniz Google tətbiqlərinə rahatlıqla giriş ilə) yazısını qeyd edib. Təbii ki, yazıda Huawei şirkətnin adı çəkilmir. Lakin ad olmasa da Xiaomi-nin verdiyi mesajın kimə ünvanlandığı tam aydındır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR