Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır - Zaxarova

Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır -  Zaxarova
23:17 9 Aprel 2020
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması heç bir şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"dən asılı deyildir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

M.Zaxarova qeyd edib ki, Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır:

"Onun statusu siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir. Bunun üzərində də ATƏT-in Minsk Qrupu iş aparır".

Rusiya XİN-nin rəsmisi əlavə edib: "Eyni zamanda, hesab etmirik ki, gələcək sülh prosesinin gedişatı hər hansı bir şəkildə qeyd olunan hadisədən asılıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/840615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR