Koronavirusdan qorunmaq üçün sadə üsul

Rusiya Səhiyyə Nazirliyi koronavirusun profilaktikası üçün sadə üsulu açıqlayıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nazirliyin saytında yerləşdirilən sənəddə məlumat yer alıb.

Sənəddə koronavirusun profikatikası üçün natri-xlorid qarışığını buruna damcılatmaq lazım olduğu bildirilir.

Bu vasitə burunun selikli qişasında toplanan, infeksiya mənbəyi olan bakteriya və mikrobları məhv edəcək.

Eyni zamanda, kəskin virus infeksiyalarına yoluxan zaman istifadə etdiyiniz və vaxtilə bununla bağlı həkiminizin məsləhət bildiyi, qoruyucu funksiyaları olan dərmanlardan da istifadə edilməsi tövsiyə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR