Karantin postunu maşını ilə qıran iş adamının FOTOLARI

Karantin postunu maşını ilə qıran iş adamının FOTOLARI
00:38 10 Aprel 2020
306 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Bakı-Ələt yolunda iş adamı Rəmzi Şükürov karantin qaydalarını pozaraq, polisin qanuni tələbinə tabe olmamış, idarə etdiyi “Mersedes” markalı avtomobillə yol qurğularını qırmış və ərazidən qaçmışdı.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, iş adamının həm də “Tikinti kralı” Əvəz Şükürovun oğlu olduğu, həmçinin Milli Məclis Aparatında çalışdığı üzə çıxmışdı.

İnsidentdən sonra Milli Məclisin Aparat rəhbəri onun işdən uzaqlaşdırılması ilə bağlı əmr imzalayıb.

Xatırladaq ki, R.Şükürovun özünün sabiq MTN generalı Akif Çovdarovun oğlu, atası Əvəz Şükürovun isə sabiq səhiyyə naziri Əli İnsanovla məxsusi əlaqələri və ortaqlıqları olması barədə məlumat da yayılıb.

R.Şükürovun fotolarını təqdim edirik:


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/310305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR