Koronadan ölənlər İspan qripindən ölənlərlə basdırılacaq - Nyu-Yorkda dəhşətli mənzərə

Koronadan ölənlər İspan qripindən ölənlərlə basdırılacaq - Nyu-Yorkda dəhşətli mənzərə
05:32 10 Aprel 2020
259 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkda koronavirusdan həyatını itirənlər üçün məzarlıqda yer qalmadığı üçün ölülər İspan qripindən vəfat edən insanlarla yanaşı dəfn ediləcəklər

Milli.Az xəbər verir ki, bu günə kimi Nyu-York şəhərində 4 mindən çox insan koronavirusa yoluxaraq həyatını itirib. Həmin insanlar üçün Hart adasında müvəqqəvi məzarlıqlar qazılmağa başlayıb. Xatırladaq ki, Hart adasında 1918-ci ildə İspan qripindən ölənlər kütləvi məzarlıqda dəfn olunub. Həmin ada bu günə kimi nüvə silahlarının anbarlarına və həbsxanaya ev sahibliyi edib. Şəhərin meri Mark Levin bu haqda açıqlama verərək bildirib ki, 10 tabutun yanaşı gətirilə biləcək ölçüdə məzarların qazılmasına dair göstəriş verilib. O bu mənzərənin və vəziyyətin həm onlar üçün həm də insanlar üçün çətin olduğunu bilsə də başqa çarələrinin olmadığını da dilə gətirib. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/840472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR