Koronavirusdan daha dəhşətlisi gəlir: Qarşısını ala bilməsək...

''Koronavirus pandemiya səviyyəsinə yüksəldi çünkü insanlar bu virus barədə məlumatsız idilər.''

Metbuat.az xəbər verir ki, bu barədə məhşur amerikalı siyasi publisist Noam Xomski açıqlama verib.

Xomski bildirib ki, hal hazırda bəşəriyyəti təhdid edən koronavirus pandemiyasından sonra dünyanı nüvə müharibəsi və qlobal istiləşmə böhranı gözləyir. Bu iki təhlükənin qarşısını ala bilməsək, dünyanın sonu olacaq.

"Ola bilsin ki, koronavirusun yaxşı bir tərəfi, insanları necə bir dünya istədiklərini düşünməyə vadar edə bilər. Bu böhranın ortaya çıxması barədə düşünməliyik, niyə koronavirus böhranı var? Bu, böyük bir dərin sosial-iqtisadi problemlərin fonunda bazar çatışmazlığıdır. Bu pandemiya sayəsində məlum oldu ki,uzun müddətdir bəşəriyyəti təhdid edən pandemiklərin ola biləcəyi araşdırılmayıb. 15 il əvvəl SARS epidemiyasından sonra artıq bu işlərə başlanılmalı idi. Dünyadakı laboratoriyalar, potensial koronavirus pandemiklərinə qarşı qorunma inkişaf etdirmək üçün dərhal işləyə bilərdi. Niyə bunu etmədilər? Bazar siqnalları səhv idi. Dərman şirkətləri bizi aldadır. Biz taleyimizi korporasiyalar adlanan xüsusi tiraniyalara təhvil verdik. Onlar üçün dünyanı xilas edəcək dərmanlar hazırlamaq yeni bədən kremləri hazırlamaqdan vacib deyil.Onlar üçün gözəllik məhsulları istehsal etmək insanları tamamilə məhv olmaqdan qoruyacaq bir peyvəndi tapmaqdan daha xeyirlidir. "

“Pandemiyaya qalib gələndən sonra ya dövlətlər son dərəcədə avtoritar olacaq, ya da şəxsi qazancın yox, hər kəsin ehtiyacının ödənməsi, cəmiyyətlərin daha humanist şəraitdə yaşaya bilməsi üçün radikal addımlar atılacaq”, - professor bildirib.

Mənbə: Əlcəzirə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR