17 yaşlı oğlan həmyaşıdını bıçaqladı

17 yaşlı oğlan həmyaşıdını bıçaqladı
12:17 10 Aprel 2020
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcəbədi rayonunda yeniyetmə oğlan bıçaqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayonun Üzeyir Hacıbəyli prospektində rayon sakini 2003-cü il təvəllüdlü Kamil İsmayılov münaqişə zəminində tanışı, 2003-cü il təvəllüdlü Sənan Rüstəmova bıçaqla bir neçə zərbə vurub.

S.Rüstəmov küçədə olanların köməyi ilə xəstəxanaya çatdırılıb. Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.İsmayılov saxlanılıb.

Faktla bağlı Ağcəbədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/840676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR