Rusiya da bu metoda keçdi - Koronavirus xəstələri belə sağaldılır

Rusiya da bu metoda keçdi - Koronavirus xəstələri belə sağaldılır
14:08 10 Aprel 2020
105 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada da koronavirus xəstələrinin müalicəsi xəstəlikdən sağalan şəxsdən götürülmüş qan plazmaları metodu ilə aparılır.

Publika.az xəbər verir ki, Sklifosovskiy Təcili Yardım İnstitutu və Moskvanın 52-ci şəhər xəstəxanasındakı koronavirus xəstələri artıq bu üsulla müalicə edilir.

Paytaxt Moskvanın bələdiyyə sədrinin müavini Anastasiya Rakova məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, bu üsulun koronavirusla mübarizədə effektiv olacağına ümid edirlər: “Sağalan 11 xəstə qan bağışlayıb. Hazırda 7 nəfərə qan köçürülüb. 1 nəfərdən alınan qan 3 nəfəri müalicə edə bilər”.

Moskva Səhiyyə Departamenti Transfuziologiya mütəxəssisi Andrey Bulanov prosesdə ən əhəmiyyətli nüansın xəstəliyin hansı mərhələsində, hansı dozada və kombinasiyada effekt verəcəyini müəyyən etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, bənzər metod ABŞ, Çin, İsrail, AlmaniyaTürkiyədə də tətbiq olunur.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/310352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR