Toni Ferqyusonun döyüşü ləğv olundu

Toni Ferqyusonun döyüşü ləğv olundu
14:47 10 Aprel 2020
185 İdman
Ölkə mətbuatı
A- A+

Aprelin 18-də keçirilməli olan UFC 249 koronavirus pandemiyası səbəbindən ləğv edilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın prezidenti Deyna Uayt məlumat verib:
"Biz turniri təşkil etməyə hazır idik. Amma bizə elə bir yerdən zəng gəldi ki fikrimizi dəyişməli olduq. Turniri ləğv etməli olduğumuz deyildi".

Daha əvvəl UFC 249-un Kaliforniya ştatının Lemur şəhərində yerləşən "Tachi Palace Casino Resort" arenasında keçiriləcəyi açıqlanmışdı. Kompleks Santa-Roza hind icmasının arealına daxil idi.
UFC 249-la yanaşı, təşkilatın növbəti turnirləri də ləğv olunub.

Qeyd edək ki, UFC 249-un əsas döyüşündə Toni Ferqyuson və Castin Qetji üz-üzə gəlməli idi. Həbib Nurməhəmmədov koronavirus pandemiyası səbəbindən Ferqyusonla döyüşməkdən imtina etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/840712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR