Bu rayonlardan olan pensiyaçılara ŞAD XƏBƏR: Pullar köçürüldü

Bu rayonlardan olan pensiyaçılara ŞAD XƏBƏR: Pullar köçürüldü
15:13 10 Aprel 2020
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün daha 4 rayon – Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiya ödənişi həyata keçirilib. Həmin rayonlar üzrə 82734 pensiyaçının hesablarına aprel ayının pensiyaları köçürülüb.

Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verilib.

Bildirib ki, son üç gündə Bakının bütün rayonları, habelə Sumqayıt şəhəri və Abşeron rayonu üzrə bu ayın pensiya ödənişləri həyata keçirilib.

Aprelin 15-də isə ölkənin digər rayon və şəhərlərindəki pensiyaçılar öz pensiya vəsaitlərini alacaqlar. Həmin gün dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərin pensiyaları da ödəniləcək.

Aprel ayının müavinət, təqaüd və kompensasiyaları bu ayın 20-21-də, ünvanlı dövlət sosial yardımları isə ayın 28-də veriləcək.

Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/310365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR