Qız koronavirusdan ölən anasının yasında ürəktutmadan öldü - FOTO

Qız koronavirusdan ölən anasının yasında ürəktutmadan öldü - FOTO
16:22 10 Aprel 2020
188 Dünya
Ölkə mətbuatı
A- A+

Qız koronavirusdan ölən anasının dəfni zamanı ölüb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, dəhşətli olay İngiltərədə, Varvikşir qraflığında yaşanıb. Julie Murphy adlı qadın 63 yaşında koronavirusun qurbanı olub.

Onun dəfn mərasimi zamanı ailə faciəsi yaşanıb. Belə ki, ürəktutması olan 32 yaşlı Laura Richards anasının ölümündən təsirlənərək özünü itirib. O, ürəktutmadan dünyasını dəyişib.

Julie Murphy-nin mart ayının 15-də koronavirusa yoluxduğu aşkarlanıb. Onda koronavirusdan başqa xəstəliklər olduğuna görə həyatını xilas etmək mümkün olmayıb.

Lauranın bacısı Sadie yaşanan ailə faciəsinə görə şoka düşdüyünü bildirib. O deyib ki, bir gün fərqlə həm anasını, həm də bacısını itirmək dəhşətlidir.

Milli.Az fotoları təqdim edir:

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/840728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR