Vəziyyət nəzarətdən çıxdı, artıq... - Ermənistanda KORONAVİRUS ŞOKU

Vəziyyət nəzarətdən çıxdı, artıq... - Ermənistanda KORONAVİRUS ŞOKU
16:33 10 Aprel 2020
101 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda koronavirusun yayılması nəzarətdən çıxdı.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın səhiyyət naziri Arsen Torosyan deyib.

Səhiyyə naziri bildirib ki, epidemiyanın yayılmasının dayandığını və 100 faiz yoxa çıxdığını deyə bilmirik: “Çünki əvvəllər bir mənbdə 50 yoluxma faktı qeydı alınırdısa, indi 10, yaxud 20 mənbədə 16, 20, 30 yoluxma halı aşkarılanır. Buna görə də koronavirusun dövriyyəsinin nəzarətdən çıxdığını deyə bilərik”.

Torosyan qeyd edib ki, bir müddət sonra artıq təcrid etmənin də mənası olmayacaq.

“Çünki yayılma dərəcəsi böyükdür. Nə qədər gücümüz var, biz mübarizəni davam etdirəcək və addımları atacağıq. Lakin gücümüz tükənəndə bu addımların bəzilərini ləğv edəcəyik. Yalnız yoxlama və müalicəni həyata keçirəcəyik, təcrid etmələr daha olmayacaq, dediyimiz yayılma dərəcəsi çox böyük olacaq”, - Torosyan diqqətə çatdırıb.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/310373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR