BNA: Karantin qaydalarına riayət edənlər azdır

BNA: Karantin qaydalarına riayət edənlər azdır
16:37 10 Aprel 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı Nəqliyyat Agentliyinin hər bir əməkdaşı ərazidə olur. Həmin vaxt sərnişinlərə ara məsafəsinin saxlanılması ilə bağlı tövsiyələr veririk".
“Report” xəbər verir ki, bunu BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn dərs və videokonfrans tətbiqi olan "Zoom" vasitəsilə təşkil etdiyi mətbuat konfransında deyib.
"Karantin qaydalarına riayət edənlər azdır. Aprelin 1-də və sonrakı günlərdə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi və "Koroğlu" metro stansiyası ətrafında sorğu apardıq. Vətəndaşlarla söhbətdən məlum oldu ki, onların əksəriyyəti ciddi səbəb olmadan evdən çıxır və müxtəlif bəhanələr gətirirlər. Gündüz vaxtlarında avtobuslarda elə bir sıxlıq olmur, avtobuslar boş gedir. Lakin səhər və axşam saatlarında bu sıxlığı yaşayırıq", - M.Ağayev bildirib. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bna-karantin-qaydalarina-riayet-edenler-azdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR