Azərbaycandan Belarusa yola salınan neft tankeri Odessa limanına sabah çatacaq

Azərbaycandan Belarusa yola salınan neft tankeri Odessa limanına sabah çatacaq
16:42 10 Aprel 2020
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan neftini Belarusun Mozır neft emalı zavodu üçün daşıyan növbəti tankerin aprelin 11-də Odessa limanına çatması gözlənilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Belneftexim" konserninin mətbuat katibi Aleksandr Tişşenko deyib.

O bildirib ki, bu tankerdə 85 min tona yaxın neft daşınır.

A.Tişşenko əlavə edib ki, digər tədarüklər də həyata keçirilə bilər, amma bu, ilk növbədə bazarın dinamikasından asılı olacaq.

Xatırladaq ki, SOCAR aprelin 8-də növbəti neft partiyasını Belarusa yola salmışdı. İlk neft tədarükü martın 5-6-da yola salınmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/840744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR