Azərbaycanlı həkimdən ŞOK PROQNOZ: Hər kəs virusa yoluxacaq və onların 35 faizi...

Azərbaycanlı həkimdən ŞOK PROQNOZ: Hər kəs virusa yoluxacaq və onların 35 faizi...
16:43 10 Aprel 2020
Ölkə mətbuatı
A- A+

“Əli, ağzı və burnu olan hər kəs virusa yoluxacaq”.

Publika.az xəbər verir ki, bu sözləri Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov sosial şəbəkədə yazıb. Nevroloq hesab edir ki, görülən tədbirlərə baxmayaraq, virusu dəf etmək mümkün olmayacaq. O, virusla bağlı aşağıdakı proqnozları verib:

25% insan virusa yoluxduğunu bilməyəcək, ayaqüstə keçirəcək. Orqanizmdə hansı hadisələrin cərəyan etdiyindən xəbərləri belə olmayacaq.

35% insanda yüngül qrip əlamətləri, öskürək olacaq. Onlar da orqanizmin daxili qüvvələrinin hesabına sağalacaq.

20% insanda ağır əlamətlər olacaq. Hərarət yüksək rəqəmlərə çatacaq. Hospitalizasiyaya ehtiyac yaranacaq. Amma sağalacaq.

15% insanda ciddi tənəffüs problemləri başlayacaq. Süni tənəffüs aparatına qoşulmağa ehtiyac yaranacaq.

5% insan dünyasını dəyişəcək.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/310374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR