Pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirildi - FOTO

Pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirildi - FOTO
16:48 10 Aprel 2020
Ölkə mətbuatı
A- A+

10 aprel 2020-ci il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və Tibbi Qərargahın üzvləri ölkədə müəyyən edilmiş pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib.

TƏBİB-dən Publika.az-a verilən məlumata görə, videokonfransda xəstəxana rəhbərlərinin iş prosesində üzləşdiyi problemlər və təkliflər dinlənilib, onların həlli istiqamətində müzakirələr, eyni zamanda, ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübə mübadiləsi aparılıb.

Daha sonra TƏBİB rəhbərliyi tərəfindən zəruri tapşırıqlar və tövsiyələr verilib. Sonda, bu görüşlərin mütəmadi keçiriləcəyi barədə qərar qəbul edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/310377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR