Koronavirus Neymarı da “vurdu” - Maaşı kəskin şəkildə azaldılır

Koronavirus Neymarı da “vurdu” - Maaşı kəskin şəkildə azaldılır
17:05 10 Aprel 2020
144 İdman
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasının klublara vurduğu iqtisadi zərbəyə görə Fransada futbolçuların maaşı azaldılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, çempionatın yayımçı şirkəti olan "Canal+" və "beIN Sports"un klublara ödəmələri dayandırmasından sonra bununla bağlı hökumətə təklif göndərilib.
 
Fransa Peşəkar Futbolçular Assosiasiyası İqtisadiyyat və Maliyyə Nazirliyindən xahiş edib ki, futbolda mümkün maliyyə böhranından qaçmaq üçün oyunçuların maaşının müvəqqəti olaraq dərhal azadılması ilə bağlı qərar versin. Artıq tərəflər arasında bu məsələdə razılıq əldə edilib. Beləliklə, rəsmi qərardan sonra futbolçuların maaşında azalma faizi aşağıdakı kimi olacaq:

Ayda 10 min avroyadək maaş alan oyunçular  - azaldılmayacaq

Ayda 10-20 min avro alan oyunçular - 20 faiz

20-50 min avro alan oyunçular - 30 faiz

50-100 min avro alan oyunçular - 40 faiz

100 mindən çox avro alan oyunçular - 50 faiz

Beləliklə, qərar təsdiqlənəcəyi halda bundan ən çox Fransa Liqa 1-in ən bahalı oyunçusu (illik 31,6 milyon avro) Neymar ziyan çəkəcək. Onun maaşı yarıbayarı azaldılacaq.

Mİlli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/840750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR