Koronavirus olimpiadanın 2021-ci ildə keçirilməsinə də təsir edə bilər

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi koronavirus pandemiyasının 2021-ci ilə təxirə salınan yarışa da təsirini istisna etmir.

Metbuat.az report-a istinadən xəbər verir ki, bu barədə komitənin baş katibi Tosiro Muto "Associeted Press" agentliyinə açıqlamasında bildirib.

O deyib ki, gələn ilin iyulunadək virusun yayılmasının qarşısının alınacağı məlum deyil: "Əlbəttə, hazırda buna dəqiq cavab verə bilmərik. Oyunları 1 illik təxirə salmağı qərara aldıq. Bu, o deməkdir ki, həmin vaxta qədər edə biləcəyimiz olimpiadaya böyük səylə çalışmaqdır. Ümid edirəm ki, bəşəriyyət gələn il böhrandan çıxa biləcək".

Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR