Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə humanitar yük çatdırıb

Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə humanitar yük çatdırıb
17:42 10 Aprel 2020
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə humanitar yük çatdırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bolnisi və Marneulidə ehtiyacı olan ailələrə 600 bağlama humanitar yardım veriləcək.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib ki, bu aksiya iki ölkə arasında dostluq naminə həyata keçirilir:

"Biz xeyriyyə aksiyasını Azərbaycan prezidentinin təşəbbüsü ilə keçiririk. Aksiya dünən başlayıb. Bu gün biz Marneulidəyik. Bu aksiya, həmçinin Rustavi, Qardabani, Kaxeti, Tbilisi və Şida-Kartlidə də keçiriləcək. Bizim bir məqsədimiz var: koronavirusla bütün gücümüzlə mübarizə aparmaq. Mən əminəm ki, bu, tezliklə başa çatacaq. Gürcüstan hökuməti bunun üçün bütün səyləri göstərəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/840773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR