"Anri mənim kumirim idi" - Levandovski

"Anri mənim kumirim idi" - Levandovski
18:17 10 Aprel 2020
227 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın hücumçusu Robert Levandovski Almaniya mətbuatına müsahibə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, "Arsenal"ın əfsanəsi Terri Anrinin özünüz kumiri olduğunu açıqlayıb:

"10-14 yaşım olanda Del Piero mənim üçün ən yaxşı oyunçu idi. Sonra Anri kumirimə çevrildi. O, möhtəşəm idi. Yalnız qol vurmurdu, həm də komanda üçün hər şeyi edirdi. "Arsenal"da fərqli vəziyyətlərdən rahat qol vurduğunu xatırlayıram.

Əslində, həmin epizodlar ona asan görünürdü. Mən də çox qol vurmaq istəyirdim və ondan çox şey öyrənmişəm. Anri kimi oyunçu olmaq istəyirdim, ancaq Robert Levandovski oldum. Onunla ilk görüşümdə "mən uşaqlıq qəhrəmanımla tanış oldum" demişdim. Ancaq indi o, mənim köynəyimi istəyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/840775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR