Tacikistan sərhədləri bağladı

Tacikistan sərhədləri bağladı
20:05 10 Aprel 2020
234 Dünya
Ölkə mətbuatı
A- A+

Tacikistan koronavirus epidemiyasının qarşısının alınması məqsədilə xarici vətəndaşlar üçün sərhədi bağlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

Giriş-çıxış məhdudiyyəti dövlət sərhədinin bütün keçid məntəqələrində tətbiq olunub.

Ölkəyə yalnız diplomatlar, beynəlxalq təşkilat və maliyyə institutlarının əməkdaşları gələ bilər. Bu şəxslər də ölkədə daxil olduqdan sonra 14 gün müddətində karantinə alınmalıdır.

Qeyd edək ki, bu günədək Tacikistanda koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/840795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR