Moskvada müsəlmanların aksiyasına icazə verilmədi

Moskvada müsəlmanların aksiyasına icazə verilmədi
21:06 17 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva meriyası müsəlmanların mitinq keçirməsi ilə bağlı müraciətlərinə baxıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Moskvanın regional təhlükəsizlik departamentinin rəhbəri Aleksey Mayorov bildirib.

Onun szlərinə görə, Moskva meri müsəlmanların İslam dinin təhqir edən nəşrlərə qarşı mitinqlə bağlı müraciətlərinə baxıb.

"Moskva meriyasına yanvarın 25-də dini alçaldan nəşrə qarşı etiraz mitinqi keçirməklə bağlı ərizə daxil olub. Biz dini icmaların və diasporların nümayəndələrilə əlaqə saxladıq. Heç kim belə mitinq keçirməyə hazırlaşmır. Xəbərdarlığı daha əvvəl Moskvaya gələn işçilərin iştirakıyla mitinq keçirməyə hazırlaşan Abakarov və Mirzaev verib. Biz bu xəbərdarlığın verilməsini təxribat kimi qiymətləndiririk. Moskva hökuməti bu aksiyanın baş tutmasını rədd edib", - deyə Moskva meriyasının nümayəndəsi bildirib.

Qeyd edək ki, İslam fəalları qrupu şəhər rəhbərliyinə ərizə verərək yanvarın 25-də etiraz mitinqi keçirmək istədiyini bildirmişdi.

Saxarov prospektində keçiriləcək mitinqdə 100 min adamın iştirak edəcəyi gözlənilirdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR