“Səs Uşaqlar”ın final tarixi dəyişdirildi

“Səs Uşaqlar”ın final tarixi dəyişdirildi
21:32 10 Aprel 2020
219 Maraqlı
Ölkə mətbuatı
A- A+

İTV-də yayımlanan "Səs Uşaqlar" müsabiqəsinin apreldə canlı yayımlanması nəzərdə tutulan final turunun da vaxtı sosial izolyasiya tədbirləri ilə bağlı dəyişdirilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, şounun finalı yaxınlaşdığı üçün yarışmada tamaşaçı qismində iştirak etmək üçün kanala müraciətlər olunub. Lakin ölkədə aparılan sosial izolyasiya tədbirləri ilə bağlı insanların sağlamlığını düşünərək qurum rəhbərliyi tərəfindən kütləvi auditoriyalı verilişlərin format və vaxtlarında dəyişiklik edilib.

Sonuncu buraxılışın tarixi karantin rejimi ləğv edildikdən sonra təyin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/840852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR